Info

Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayevi bıçaqlayan fermer saxlanılıb.

Edliyyeinfo.az  bu barədə Azərtca-a istinadən xəbər verir.

Dneprdə yaşayan diaspor fəalı Eldar Tağıyev bildirib ki, “Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”ndan Sərxoş İsmayılov, diaspor fəalları Eldar Tağıyev və Pərviz Əliyev, həmçinin Krivoy-Roq şəhərində yaşayan soydaşlarımız Hilal İsayevin müalicə aldığı xəstəxanada olublar.

“Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bıçaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir”, – deyə Eldar Tağıyev əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspi” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir