Info

Qubada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

1 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər uşaq bir ümid, bir gələcəkdir” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edərək, hədiyyələr təqdim etmiş və onlara uğurlar arzulamışdır.

Sonra Quba rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək bildirmişlər ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Daha sonra tədbirin bədii hissəsində uşaqların ifasında şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri təqdim olunmuş, həmçinin peşəkarlar tərəfindən nağıl animasiyaları nümayişi etdirilmişdir. Nümayiş etdirilən maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir