1 İyun – Beynəlxalq uşaqların müdafiəsi günüdür!
Bu gün təkcə uşaqların əylənməsi üçün bir bəhanə deyil, həm də böyüklərin çiyinlərindəki məsuliyyəti xatırladan beynəlxalq bir çağırışdır.
1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Moskvada keçirilən xüsusi sessiyasında uşaqların hüquqlarının qorunması məsələsi qaldırıldı.
İkinci Dünya Müharibəsindən sonra kimsəsiz, ac və köməksiz qalan milyonlarla uşağın taleyi dünyanı hərəkətə keçməyə məcbur etmişdi.
Beləliklə, 1950-cil ildən etibarən 1 İyun rəsmi olaraq Uşaqları Müdafiə Günü kimi tarixə düşdü.
Uşaqları müdafiə etmək sadəcə onları təhlükələrdən qorumaq demək deyil, bu anlayış daha böyükdür;
⁃ Hər bir uşaq təhsil almalıdır.
⁃ Hər bir uşağın sağlam böyümə mühiti təmin olunmalıdır.
⁃ Hər bir uşaq şiddətdən, istismardan uzaq ailə istiliyində böyüməlidir.
Uşaqlar cəmiyyətin güzgüsüdür.
Bu gün onlara verdiyimiz sevgi, öyrətdiyimiz dəyərlər sabahın dünyasını formalaşdıracaq.
Unutmayaq ki, xoşbəxt uşaqlıq keçirən fərdlər böyüyəndə daha sağlam, ədalətli və dinc bir cəmiyyət qururlar.
Bu əlamətdar gündə dünyadakı bütün uşaqlara müharibəsiz, aclıq olmayan, göz yaşından uzaq və bol gülüşlü bir həyat arzulayırıq.
Bayramınız mübarək!
Şəhla İlkay




