Info

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq. Edliyyeinfo.az  trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək: […]

Info

Əli Əsədov bu nazirliyin kollegiyasının tərkibini dəyişdi

Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsəsən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri Naxçıvan […]

Ədliyyə Info

Ədliyyə Nazirliyi “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib. Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin […]

Info Prezident

Prezident çempion olan güləşçiləri qəbul etdi

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Info

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

“Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib”. Edliyyeinfo.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur: “Bu […]

Info

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir Prezident İlham Əliyev tərəfindən milli maraqlara əsaslanan çevik, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artır, ölkəmizin siyasi mövqeyi daha da möhkəmlənir. Bu uzaqgörən siyasət xətt dövlətimizin iqtisadi imkanlarının genişlənməsinə, yeni əməkdaşlıq platformalarının formalaşmasına, regional və […]

Info

Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik ola bilər

Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır. Edliyyeinfo.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib. O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir. Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli […]

Info

Zəngəzur dəhlizi ilə bağlı rəsmi açıqlama

Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Edliyyeinfo.az  xəbər verir ki, bunu “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. “Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da […]

Ədliyyə Info

Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 1 may 2026-cı il tarixində Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 30 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə […]

Ədliyyə Info

Dövlət icra məmuru və xüsusi icra məmuru arasındakı fərqləri bilirsinizmi?

Qanunvericiliyə əsasən hər iki fəaliyyət istiqaməti məhkəmə qərarlarının icrasını həyata keçirir. Həm dövlət, həm də xüsusi icra məmuru məcburi icra orqanı statusu daşıyır. Bununla yanaşı, onların fəaliyyət mexanizmi bir-birindən fərqlənir. Dövlət icra məmuru və xüsusi icra məmuru ilə bağlı əsas fərqləri təqdim edirik.