Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr tarixində Bərdə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.





