Info

Kişilər niyə mediasiyadan uzaq durur? – “Hüququn səsi”ndə açıq və cəsarətli müzakirə!

Bu gün  “Hüququn səsi” verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim olundu.
Zaur Quliyevin təqdimatında Dünya televiziyasının efirində yayımlanan proqramda Bakı 11 və 24 saylı Mediasiya təşkilatlarının mediatoru Nərgiz Əliyeva və Şəmkir 1 saylı Mediasiya təşkilatının mediatoru Anar Hacıyev ilə birlikdə “Kişilər nəyə görə mediasiya prosesində iştirak etməkdə maraqlı deyillər?!” mövzusu geniş və maraqlı müzakirə olunub.

Verilişdə kişilərin mediasiyaya münasibəti, cəmiyyətin formalaşdırdığı stereotiplər, ailə və mülki mübahisələrdə barışıq mədəniyyəti, eləcə də hüquqi maarifləndirmənin rolu ətrafında dəyərli fikirlər səsləndirilib.

Qeyd edək ki, veriliş hər həftənin şənbə günü saat 15:00-da yayımlanır. Növbəti həftə “Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusuna aydınlıq gətiriləcək.

Verilişin informasiya dəstəyi isə  Edliyyeinfo.az saytıdır.

“Hüququn səsi”ni izləyin – hüququn gücü məlumatlı olmaqdan başlayır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir