Edliyyeinfo.az: Boşanma zamanı ən vacib məsələlərdən biri uşağın kimdə qalacağıdır. Qanunvericiliyə görə bu məsələ valideynlərin istəyindən çox, uşağın mənafeyi əsasında həll olunur.
Əgər valideynlər razılığa gələ bilirlərsə, uşaq onların qərarına uyğun olaraq ana və ya atada qala bilər. Razılıq olmadıqda isə məsələ məhkəmə tərəfindən həll edilir.
Məhkəmə qərar verərkən uşağın yaşı, valideynlərin maddi və mənəvi vəziyyəti, uşağa göstərilən qayğı və onun hansı valideynə daha bağlı olması kimi amilləri nəzərə alır. Azyaşlı uşaqların anada qalması daha çox rast gəlinən hal olsa da, bu, qəti qayda deyil.
Eyni zamanda, uşaq bir valideynlə qalsa belə, digər valideyn onunla ünsiyyət hüququnu saxlayır və aliment ödəməlidir.




