Edliyyeinfo.az: 13 may 2026-cı il tarixində Holiday inn Hoteldə Bakı Urban həftəsi və WUF 13 çərçivəsində “ Şəhərlər hamı üçün-heç kim kənarda qalmasın” adlı tədbir keçirildi.
Müasir dövrdə urbanizasiya prosesinin sürətləndirilməsi şəhərləri yalnız iqtisadi inkişafın deyil,eyni zamanda sosial inklüzivliyin və bərabər imkanların təmin olunduğu əsas ictimai məkanlara çevirir. Azərbaycanda da həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri inklüziv cəmiyyətin yaradılmasına dəstək olmaq,onların şəhər mühitində sərbəst və təhlükəsiz iştirakının təmin edilməsidir.
“Şəhərlər hamı üçün-heç kim kənarda qalmasın” prinsipi həm Azərbaycan Respublikasının milli qanunvericiliyinə, həm də BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyasının 9-cu maddəsinə və Dayanıqlı İnkişaf məqsədlərinin 11-ci məqsədinə tam uyğun şəkildə həyata keçirilir.
Bu istiqamətdə Azərbaycan Respublikasının Qeyri-Hökimət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı”və “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai Birlikləri tərəfindən Bakı Urban həftəsi və WUF çərçivəsində xüsusi tədbirlər təşkil ediləcək.
Tədbirlərin əsas məqaədi şəhərlərdə inklüziv inkişafın təşviqi,vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdırmaqdır.
Tədbirlər çərçivəsində: inklüziv şəhər modelləri üzrəbeynəlxalq və yerli təcrübələr təqdim olunacaq;
əlilliyi olan şəxslərin şəhər həyatlna inkluziyası ilə bağlı mövcud çağırışlar və həll yolları müzakirə ediləcək;
dövlər qurumları, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi istiqmətində fikir mübadiləsi aparılacaq.
Tədbirdə Tacikistan, Oman, İordaniya və bir çox ölkələrin nümayəndələri cıxış etdilər.
Şəhla ilkay
Baxış Sayı: 447