Boşanma zamanı uşağın kimdə qalacağı valideynlərin istəyi ilə deyil, ilk növbədə uşağın mənafeyi əsasında müəyyən edilir. Əgər tərəflər razılığa gələ bilmirsə, bu məsələ məhkəmə tərəfindən həll olunur.
Məhkəmə qərar verərkən uşağın yaşı, valideynlərin maddi və mənəvi vəziyyəti, uşağa göstərilən qayğı və onun hansı valideynə daha bağlı olması kimi amilləri nəzərə alır. Azyaşlı uşaqların anada qalması daha çox rast gəlinir, lakin bu, qəti qayda deyil.
Uşaq bir valideynlə qaldıqda belə, digər valideyn onunla ünsiyyət hüququnu saxlayır və qanunvericiliyə uyğun olaraq aliment ödəməlidir.
Mövzu ilə bağlı ətraflı izahı videoda izləyə bilərsiniz:




