Tanışını qətlə yetirməkdə təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid Qabil Ibrahimov Kliniki Tibbi Mərkəzində həkim işlədiyini bildirib: “2021-ci il 4 dekabr Samir Məmmədovu kəllə-beyin travması ilə qəbul edərək əməliyyata aldıq. O təxminən 1 ay komada qaldı. […]
MƏHKƏMƏ
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 7-nə […]
"Nuranə anama dedi ki, "oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin meyitini aparın" - Məhkəmə işi
Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti iməhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vuqar Məhərrəmov şahid qismində ifadə verib. “İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə […]
Ərinin qətlini sifariş verən qadının məhkəməsi başlayıb
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib. Xatırladaq ki, Bakı […]
Əhməd Məmmədli 6 il azadlıqdan məhrum edildi
Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən 6 il azadlıqdan məhrum edilib. Qeyd […]
Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Edliyyeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb. Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib. Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə […]
Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib. Onun sözlərinə görə, bina üzrə yanğının mənbəyi baxış keçirilən otaq, yəni yenidoğulmuşların intensiv terapiya zalı, o cümlədən həmin otağın girişindən daxil olduqdan uzaq sol künc hissəsi […]
Yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslərin məhkəmə işi
Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəmə araşdırması başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə prokuror ittiham aktını elan edib. Zərərçəkənlərə dəyən zərərin müəyyən bir qisminin təqsirləndirilənlər tərəfindən ödənilməsini nəzərə alaraq vəkillər müvəkkilləri barədə […]
Boşandığı arvadına səkkiz bıçaq zərbəsi vurdu – Məhkəmə həbsdən azad etdi
Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Edliyyeinfo.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Abdullayev üç il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib və B.Abdullayev məhkəmə zalından azad edilib. İttihama görə, […]
İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi
“Formes.aqro.az” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məlum olub ki, məhkəmə qərarı olmasına baxmayaraq, “Formes.Aqro.Az” MMC V.B.-nın 182.447 manat borcunu […]










