Info MƏHKƏMƏ

İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi

“Formes.aqro.az” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məlum olub ki, məhkəmə qərarı olmasına baxmayaraq, “Formes.Aqro.Az” MMC V.B.-nın 182.447 manat borcunu […]

Info MƏHKƏMƏ

Nazirlik şirkət quran keçmiş əməkdaşını cərimələdi

Quba rayonunda yerləşən “SS-Quba 2021” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri cərimələnib.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi (DƏM) Quba–Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məlum olub ki, inzibati xəta haqqında protokola əsasən, “SS-Quba 2021” MMC […]

Info MƏHKƏMƏ

Vətəndaşlara qarşı dələduzluq edən Zamiq Xankişiyevin məhkəmə işi

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş ifadə verib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona bu vaxta qədər dəymiş ziyan ödənilməyib: “Mən Zamiqi borcu qaytarmaq üçün 2 il gözləmişəm. Şəxsən anamla onların ailəsinə gedəndə qardaşı dedi […]

Info MƏHKƏMƏ

300 min manatlıq dələləduzluq edən şəxs hakim qarşısında

Vətəndaşları işə düzəltmək adıyla 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək məhkəmədən xahiş edib ki, vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin. […]

Info MƏHKƏMƏ

Qənimət Zayidovla bağlı qərar verildi

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zayidovun cinayət işi üzrə qiyabi məhkəmə hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Edliyyeinfo.az  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Qənimət Zahidovun müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zayidova qiyabi […]

Info MƏHKƏMƏ

Məsciddə adam öldürən şəxsə hökm oxundu

Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Edliyyeinfo.az-ın  verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil […]

Info MƏHKƏMƏ

Anası hoteldə qətlə yetirən şəxsə bu cəza verildi

Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı bildirib ki, Ayxan Qasımlının yetkinlik yaşına çatmaması, polisə könüllü təslim olması və zərərçəkmiş tərəflə barışıq əldə olunması onun cəzasını yüngülləşdirən […]

Info MƏHKƏMƏ

Keçmiş hərbçi qardaşını öldürüb - Məhkəmə

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Nahid Abbasov hadisəni görmədiyini bildirib: “Amin bu işi görəcəyini bizə deməmişdi. Əgər bilsəydim, qoymazdım. Hadisədən bir gün qabaq Aminlə Aslan mübahisə etmişdilər. Amin ona deyirdi ki, tərgit bu əməllərini, əl […]

Info MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi Mübariz Abdullayev vəfat edib. O, ötən gün dünyasını dəyişib. Mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, M.Abdullayev 2024-cü ildə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə rəis təyin edilmişdi.//unikal

Info MƏHKƏMƏ Prezident

Bu məhkəmələrə hakimlər təyin edildi – Sərəncam

Azərbaycanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib. Ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Rəhimova Aybəniz […]