Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərov barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Edliyyeinfo.az-ın Pravda.az-dan əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır. Qeyd: 2022-ci il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər […]
MƏHKƏMƏ
"Oğlum cinsi azlıq nümayəndəsi olduğu üçün qətlə yetirilib" - Anası şikayətçi olmadı
Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Edliyyeinfo.az–ın “Unikal”a istinad məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi – mərhumun anası Sürahim İbadova ifadə verib. O, bildirib ki, oğlu universitetdə təhsil alırdı: “Qətlə yetirilən şəxs mənim oğlumdur. […]
İnam Kərimovdan hakimlərin etik davranış qaydaları ilə bağlı açıqlama
Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Edliyyeinfo.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib. […]
Qonşusuna hədə-qorxu gələnə hökm oxundu
Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz […]
Vətəndaşlar mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər
Vətəndaşlar haqlarında mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Məlumata görə, insan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” […]
İnam Kərimov məhkəmə-hüquq islahatlarının səbəbini açıqladı
“LEGİS” Hüquq Forumu kimi platformalar dövlət, məhkəmə və biznes arasında açıq dialoq üçün etibarlı hüquqi mühitin formalaşmasına xidmət edir. Müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə və təşəbbüskarlıqla deyil, eyni zamanda, etibarlı, çevik və proqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır. Sahibkar üçün ən vacib məsələlərdən biri mübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəmə müdafiəsinə arxayın ola […]
Saxta əlillik sənədləri hazırlamaqda təqsirləndirilənlərin məhkəməsi oldu
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilənlərin növbəti məhkəmə iclası keçirilib. Edliyyeinfo.az–ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən İntiqam Kərimov ifadə verərək digər təqsirləndirilənlərdən yalnız Qabil Quliyevi tanıdığını Əlişir Əliyevi isə ümümiyyətlə tanımadığını deyib. “Mənə qarşı […]
Ali Məhkəmədən estetik əməliyyatlarla bağlı qərar
Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn […]
Ali Məhkəmədən müflis bankla bağlı mühüm qərar
Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Xəbərə görə, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır. İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci […]
Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]










