Azərbaycan Prezidenti İlham Əliyev Sevil Əliyevanı təltif edib. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar S.Əliyevanın sabah 70 illik yubileyidir. O, eyni zamanda SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti, “Space” Televiziyasının qurucusudur.
Prezident
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Edliyyeinfo.az xəbər verir ki, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev səsləndirib.
Prezident FƏRMAN İMZALADI
Prezident İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, həmin inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti […]
Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.azın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr […]
Prezident Kopenhagendə Maya Sandu ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Edlyyeinfo.az xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi. Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz […]
İlham Əliyev və birinci xanım yeni parkın açılışında
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. Edliyyeinfo.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, […]
İlham Əliyev xanımı və İtaliya Prezidenti ilə açılışda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. Edliyyeinfo.az xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin […]
AYNA-ya yeni vəzifə həvalə edildi
Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının […]
Prezidentdən keçmiş deputatla bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, R.Məmmədhəsənov Milli Məclisin III, IV və V çağırış deputatı olub.










