Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə […]
Sənədlər
Bu səlahiyyət Nazirlər Kabinetindən alınacaq
Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir. Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişikləri imzalayıb. Belə ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək. Beləliklə […]
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan […]
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılır: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii […]
STM MEDİA-ya birləşdirilir
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması […]
Prezident Fərman imzaladı
Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə […]
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və dövlətin bu sahədə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Edliyyeinfo.az informasiya portalına videogörüntü vasitəsilə qısa açıqlama ünvanlayıb. Hüquqşünas bildirib ki, yeni […]
NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin olunması barədə sərəncam verib. Edliyyeinfo.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və müvafiq fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini […]
Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən son dəyişikliklər müəllimlərin illik məzuniyyət hüququndan istifadə imkanlarını daha çevik hala gətirib. Yeni qaydaya əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər əmək məzuniyyətlərini yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də götürə biləcəklər. Edliyyeinfo.az xəbər verir ki, […]









