Info

Rayonlarda mediasiya: barışıq mümkündürmü? – “Hüququn Səsi”ndə müzakirə olundu

Edliyyeinfo.az:  “Hüququn Səsi”  verilişinin növbəti buraxılışında ölkəmizin regionlarında mediasiyanın tətbiqi, qarşıya çıxan real problemlər və onların həll yolları geniş müzakirə olunub.

Hüquqşünas, mediator və layihə rəhbəri Zaur Quliyevin təqdimatında yayımlanan verilişdə Qobustan və Zərdab rayonlarının mediasiya təcrübəsi diqqət mərkəzində olub.

Verilişin qonaqlarıQobustan 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Alcanov NemətZərdab 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Mələkxanım Məmmədli regionlarda ən çox rast gəlinən mübahisə növləri, mediasiyaya müraciət səviyyəsi və barışıq prosesinin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı qeyd olunub ki, rayonlarda daha çox ailə və qohumlar arasında yaranan mübahisələr – boşanma, aliment və uşaqların saxlanılması ilə bağlı məsələlər mediasiya predmeti kimi çıxış edir. Qonaqlar vurğulayıblar ki, kənd mühitində ailə böyüklərinin və ictimai rəyin təsiri bəzən barışığa müsbət təsir göstərsə də, bəzi hallarda prosesin çətinləşməsinə də səbəb olur.

Verilişdə həmçinin mediatorun emosional gərginliyin azaldılması, tərəflər arasında etimadın yaradılması və konstruktiv dialoqun qurulması istiqamətində tətbiq etdiyi üsullar barədə danışılıb.

Buraxılış çərçivəsində regionlarda mediasiyanın inkişaf perspektivləri, əhalinin bu institut barədə məlumatlandırılması və praktiki tətbiqin genişləndirilməsi məsələlərinə də toxunulub.Qeyd edək ki, “Hüququn Səsi”  verilişi hər həftənin şənbə günü saat 15:00-da Dünya televiziyasında yayımlanır.

İnformasiya dəstəkçisi: Edliyyeinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir