Info

İnzibati şikayətin düzgün yazılması və təqdim olunması

Edliyyeinfo.az:  İnzibati orqanların və ya vəzifəli şəxslərin qanunsuz qərarları, hərəkətləri və ya hərəkətsizlikləri ilə razılaşmayan vətəndaşlar bu hallara qarşı inzibati şikayət vermək hüququna malikdir. Bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir.

Şikayət necə hazırlanmalıdır?

1. Şəxsi məlumatlar

Ad, soyad, ata adı

Ünvan və əlaqə vasitələri

2. Şikayət edilən orqanın və ya şəxsin adı

Hansı qurum və ya vəzifəli şəxsə qarşı şikayət edilirsə, dəqiq göstərilməlidir.

3. Narazılığın mahiyyəti

Qanunsuz hesab edilən qərar, hərəkət və ya hərəkətsizliyin qısa və aydın təsviri.

4. Hüquqi əsaslar və arqumentlər

Nəyə görə bu qərar/hərəkət qanunsuzdur?

Hangi hüquqlar pozulub?

5. Tələblər

Qərarın ləğvi, dəyişdirilməsi, hərəkətin dayandırılması və ya konkret tədbirin görülməsi barədə açıq şəkildə qeyd olunmalıdır.

6. Əlavələr

Şikayəti əsaslandıran sənədlərin surətləri əlavə edilməlidir (əgər varsa).

7. Tarix və imza

Şikayətə tarixi yazmağı və imzalamağı unutmayın.

Şikayət necə təqdim olunur?

Poçt vasitəsilə göndərilə bilər.

Birbaşa həmin orqana şəxsən təqdim edilə bilər.

Elektron şəkildə “e-edliye.gov.az” və ya “my.gov.az” portallarından göndərilə bilər.

Vaxt məhdudiyyəti:

Şikayət 30 gün müddətində təqdim edilməlidir. Bu müddət, qərarın verildiyi və ya pozuntunun baş verdiyi gündən hesablanır.

 

Hazırladı:   Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir