Info MƏHKƏMƏ

Bakıda iki dostu qətlə yetirənlərə hökm oxundu

Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri xaric edildi. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələrinə bəraət verildi.

Yunis Rəhimov 3 il və Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildilər.

Xatırladaq ki, prokuror məhkəməyə təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun  isə 3 il azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki,paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı  qətlə yetirib.
Hadisəni  törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatinda araşdırılıb. Hakim 2025-ci ilin mayinda dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygun Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir