Bakının Xətai rayonu, 8 Noyabr pr, 1212 ci məhəllə, ev 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksində yaşananlar sadəcə məişət problemi deyil, bu, birbaşa məhkəmə qərarına meydan oxumaq və dövlətin hüquq sisteminə qarşı açıq hörmətsizlikdir.İki il öncə məhkəmə tərəfindən idarəçilikdən kənarlaşdırılan “Güvənli Servis” MMC və onun rəhbəri Babək Babayevin kompleksdə hələ də “at oynatması”, sakinlərin hüquqlarını ayaqlar altına alması dözülməz bir vəziyyətdir.Sakinlərin öz mülklərinə girişi, kommunikasiya xətlərinin olduğu ərazilərə keçidi necə və hansı səlahiyyətlə məhdudlaşdırılır? “Veysəloğlu” şirkətinin əməkdaşlarının “Güvənli Servis”dən icazə alınmalı olduğunu bildirməsi, ortada hüquqi baxımdan qüvvədən düşmüş bir qurumun qeyri-rəsmi diktaturasının olduğunu göstərir.Müəmmalı müqavilə: “Veysəloğlu” şirkəti “Güvənli Servis”lə müqaviləsinin olduğunu iddia edir, lakin sənədi ictimaiyyətə təqdim etməkdən qaçır. Nəyə görə? Məhkəmə tərəfindən səlahiyyəti əlindən alınmış bir şəxslə hansı hüquqi əsasla əməkdaşlıq edilir?İmtina və qorxu: Kamera qarşısında danışmaqdan boyun qaçıranların arqumentləri, təbii ki, ciddiyə alınmır. Bu, sadəcə qanunsuzluğun gizlədilməsi cəhdidir.İdarəçilik hüququ sakinlərin yaratdığı “Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçdiyi halda, Babək Babayev hansı cəsarətlə kompleks üzərində faktiki nəzarəti davam etdirir?Bu vəziyyət suallar doğurur: Məhkəmə qərarları icra məmurları üçün sadəcə bir kağız parçasıdır? Aidiyyəti dövlət qurumları niyə bu özbaşınalığa göz yumur?Əgər bu ölkədə qanun alidirsə, o zaman məhkəmə qərarı dərhal və qeyd-şərtsiz icra edilməlidir. “Azure Residence”də baş verənlər hüquq sisteminə olan inamı sarsıdır. Yüzlərlə sakinin fundamental mülkiyyət və hərəkət hüquqlarının pozulması dövlətin nəzarət mexanizminin effektivliyini şübhə altına alır.Sakinlər cavab gözləyir: “Güvənli Servis” MMC bu binada hansı səlahiyyətlə qanunsuz müdaxilələr edir və bu özbaşınalığa kimlər havadarlıq edir?Mövzunu davam etdirəcəyik. Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Oxşar Xəbərlər
Abşeronun su problemi necə həll ediləcək? - Prezident açıqladı
“Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib. “Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq […]
Prezidentin fərmanı qüvvəyə mindi: Tələbə təqaüdü 350 manat oldu
Bu gündən ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb. “Edliyyeinfo.az“ın məlumatına görə, Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı fərman sentyabrın 1-dən qüvvəyə minib. Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata çatdırılıb. 2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək […]
Prezident Xankəndidə Zəfər parkının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Baxış Sayı: 545



