Bakının Xətai rayonu, 8 Noyabr pr, 1212 ci məhəllə, ev 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksində yaşananlar sadəcə məişət problemi deyil, bu, birbaşa məhkəmə qərarına meydan oxumaq və dövlətin hüquq sisteminə qarşı açıq hörmətsizlikdir.İki il öncə məhkəmə tərəfindən idarəçilikdən kənarlaşdırılan “Güvənli Servis” MMC və onun rəhbəri Babək Babayevin kompleksdə hələ də “at oynatması”, sakinlərin hüquqlarını ayaqlar altına alması dözülməz bir vəziyyətdir.Sakinlərin öz mülklərinə girişi, kommunikasiya xətlərinin olduğu ərazilərə keçidi necə və hansı səlahiyyətlə məhdudlaşdırılır? “Veysəloğlu” şirkətinin əməkdaşlarının “Güvənli Servis”dən icazə alınmalı olduğunu bildirməsi, ortada hüquqi baxımdan qüvvədən düşmüş bir qurumun qeyri-rəsmi diktaturasının olduğunu göstərir.Müəmmalı müqavilə: “Veysəloğlu” şirkəti “Güvənli Servis”lə müqaviləsinin olduğunu iddia edir, lakin sənədi ictimaiyyətə təqdim etməkdən qaçır. Nəyə görə? Məhkəmə tərəfindən səlahiyyəti əlindən alınmış bir şəxslə hansı hüquqi əsasla əməkdaşlıq edilir?İmtina və qorxu: Kamera qarşısında danışmaqdan boyun qaçıranların arqumentləri, təbii ki, ciddiyə alınmır. Bu, sadəcə qanunsuzluğun gizlədilməsi cəhdidir.İdarəçilik hüququ sakinlərin yaratdığı “Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçdiyi halda, Babək Babayev hansı cəsarətlə kompleks üzərində faktiki nəzarəti davam etdirir?Bu vəziyyət suallar doğurur: Məhkəmə qərarları icra məmurları üçün sadəcə bir kağız parçasıdır? Aidiyyəti dövlət qurumları niyə bu özbaşınalığa göz yumur?Əgər bu ölkədə qanun alidirsə, o zaman məhkəmə qərarı dərhal və qeyd-şərtsiz icra edilməlidir. “Azure Residence”də baş verənlər hüquq sisteminə olan inamı sarsıdır. Yüzlərlə sakinin fundamental mülkiyyət və hərəkət hüquqlarının pozulması dövlətin nəzarət mexanizminin effektivliyini şübhə altına alır.Sakinlər cavab gözləyir: “Güvənli Servis” MMC bu binada hansı səlahiyyətlə qanunsuz müdaxilələr edir və bu özbaşınalığa kimlər havadarlıq edir?Mövzunu davam etdirəcəyik. Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Oxşar Xəbərlər
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti […]
"Siz böyük lidersiniz" - Trampdan İlham Əliyevə
Xəbər verdiyimiz kimi, avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalanıb. Edliyyeinfo.az xəbər verir ki, daha sonra dövlət başçılarının […]
Qanuna yeni anlayış salınır – Ailə vəzifələri olan işçi
Qanunvericiliyə yeni – “ailə vəzifələri olan işçi” anlayışı salınır. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa […]



