Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Layihəyə əsasən, 4 nəfər Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq: Rəşid Rzayev Otari Qvaladze Fərhad Tutayuk Rauf Quliyev Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin – Kamran Şəfiyev, Ceyhun […]
Author: Jale Asiman
Ailənin orta gəlirinin hesablanması qaydası dəyişdi
Nazirlər Kabineti ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. “Edliyyeinfo.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov […]
Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” adlı maarifləndirici və interaktiv layihə həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. […]
Fərid Əhmədov Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevlə görüşüb
Edliyyeinfo.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə MAA ilə Nazirlik arasında […]
Ədliyyə naziri Fərid Əhmədov Qubada qəbul keçirəcək
“Edliyyeinfo.az” xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 18 iyul 2025-ci il tarixində Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 iyul tarixinədək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu:(+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin […]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
“Edliyyeinfo.az” xəbər verir ki, ötən gün ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb. Bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib. Söhbət mərhələsində uğur qazanaraq icbari […]
Valideynin borcuna görə övlad məsuliyyət daşıyırmı?
Edliyyeinfo.az: Hüquqi və gündəlik həyatda çox vaxt qarışdırılan suallardan biri budur: Valideynin borclarına görə uşaqlar məsuliyyət daşıyırmı? Hüquq necə tənzimləyir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc öhdəliyi yalnız o şəxsləri bağlayır ki, borcu özləri götürüb və ya məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 313-cü maddəsinə görə, şəxsin borcları yalnız həmin şəxsin özünə aiddir və onun ölümündən sonra […]
Əmlak məsələlərində texniki səhv var – necə düzəltdirmək olar?
Daşınmaz əmlaka dair çıxarışlarda və digər hüquq müəyyənedici sənədlərdə texniki səhvlər (ad, soyad, ata adı, ünvan, ölçü, qeydiyyat tarixi və s.) bəzən ciddi mübahisələrə və hüquqi problemlərə səbəb olur. Bəs belə səhvlər aşkarlandıqda vətəndaş necə və hara müraciət etməlidir? 1. Texniki səhv nədir? “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən, texniki […]
Ər-arvad birgə kredit götürüb, boşanıblar – borcu kim ödəməlidir?
Edliyyeinfo.az: Ailə qurarkən birlikdə həyat planları quran cütlüklər bəzən maliyyə məsələlərində də ortaq addımlar atır. Bu addımlardan biri də birgə kredit götürməkdir. Ancaq münasibətlər pozulduqda, yəni boşanma baş verdikdə, sual yaranır: bu kredit borcunu kim ödəməlidir? Hüquq nə deyir? Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah dövründə əldə edilən borclar, əgər onların ailənin ehtiyacları […]
Əmək müqaviləsi olmadan illərlə işləmisiniz – sonradan sübut edə bilərsinizmi?
Edliyyeinfo.az: Azərbaycanda minlərlə insan əmək müqaviləsi bağlanmadan işləyir və bu, əmək hüquqlarının pozulması ilə nəticələnir. Bəziləri işəgötürənin verdiyi vədlərə inanır, bəziləri isə “bu sənəd nəyə lazımdır ki?” deyib razılaşır. Amma illər sonra əmək haqqını, məzuniyyət pulunu və ya iş stajını tələb etmək istədikdə böyük problemlə qarşılaşırlar. Qanun nə deyir? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə […]










