İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub.
Author: Jale Asiman
Prezident dövlətlərarası axtarış müqaviləsinə dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyevin fərmanı ilə “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol”un təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il […]
İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə verildi - FƏRMAN
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin […]
İlham Əliyev kibercinayətkarlıqla bağlı qanun imzaladı
Cinayət və Cinayət-Prosessual Məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının (BMT) Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişikliklər təsdiq olunub. Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Sənədə əsasən, qanunun qəbulunun əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili […]
Ədliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov aprelin 3-də Xaçmaz şəhərində Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu […]
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin […]
Onların maaşı QALDIRILIR – Nazir açıqladı
Sertifikasiya imtahanı musiqi müəllimlərinin də maaşına təsir edə bilər. Edliyyeinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai nazir Adil Kərimli bildirib. Nazir qeyd edib ki, sertifikasiyadan fərqli olara attestasiya əməkhaqqının artırılması ilə nəticələnmir. Sertifikasiyadan sonrakı mərhələlərdə isə müəllimlər üçün […]
Elçin Abdullayevin məhkəməsi oldu
Tanışını qətlə yetirməkdə təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid Qabil Ibrahimov Kliniki Tibbi Mərkəzində həkim işlədiyini bildirib: “2021-ci il 4 dekabr Samir Məmmədovu kəllə-beyin travması ilə qəbul edərək əməliyyata aldıq. O təxminən 1 ay komada qaldı. […]
Azərbaycanda bu şəxslər imtahansız ali məktəblərə qəbul ediləcək
“İstedadların müəyyən edilməsi qeyd olundu. Onları üzə çıxarmaq, müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib. “Uşaq İncəsənət Festivalı gələn ildən İncəsənət Olimpiadası formatında keçiriləcək. Nəticədə […]
Dövlət qulluğunda mükafat sistemi ləğv olunur
Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb. Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm […]










