Info Prezident

İlham Əliyev İran səfirliyinə getdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Edliyyeinfo.az  xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı. Sonra […]

Info MƏHKƏMƏ Prezident

Bu məhkəmələrə hakimlər təyin edildi – Sərəncam

Azərbaycanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib. Ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Rəhimova Aybəniz […]

Info Prezident

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı milli bayram münasibətilə təbrik edib. Edliyyeinfo.az  xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, […]

Info Prezident

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiq edib. Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il […]

Info Prezident

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, yenilik dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur. Xatırladaq ki, dövlət başçısının “Dövlət […]

Info Prezident

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat vəsait ayrılıb. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.

Info Prezident

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək

Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. “Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, […]

Info Prezident

FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib. Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”yə də müvafiq dəyişiklik edilib.