Info

Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyulub

Bu ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11 %-i qədər və yaxud 386,2 milyon manat vəsait istifadə olunub. Edliyyeinfo.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata […]

Info MƏHKƏMƏ

Azərbaycanda bu şəxslərə yalnız bir dəfə mənzil veriləcək

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli […]

Info

Sosial yardım alanların əmlakı sığortasız qalıb

Azərbaycanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası faktiki olaraq həyata keçirilməyib. Edliyyeinfo.az   xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, dövlət büdcəsindən bu məqsədlə mərkəzləşdirilmiş qaydada 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat vəsait istifadə olunub. Bundan əlavə, dövlətə məxsus əmlakın və büdcədən […]

Info Prezident

İlham Əliyev Latviya Prezidentini qarşıladı - FOTOLAR

Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub. Edliyyeinfo.az   xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan […]

Info SUAL-CAVAB

Miras kimə qalır? Varislik hüququnu bilməyən uduzur!

Edliyyeinfo.az:  Miras bölgüsü bir çox ailədə ciddi mübahisələrə səbəb olur. Bəs qanun bu prosesi necə tənzimləyir? Kimlər miras hüququna malikdir? Vəsiyyət yoxdursa, əmlak necə bölünür? Bu və digər vacib suallara hüquqşünas-mediator Pərvanə Əzimova videomuzda ətraflı şəkildə aydınlıq gətirir. Videoya baxaraq öyrənəcəksiniz: – Miras kimlər arasında bölünür – Vəsiyyətin rolu nədir – 6 ay müddəti niyə […]

Info

“Bunlar yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”

“Bunlar yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir” “Belçika və Niderlandın Nümayəndələr Palatalarının ölkəmizlə bağlı qəbul etdiyi sənədlər yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu […]

Info

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti […]

Ana Səhfə Ədliyyə Info

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Aprelin 17-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Gəncə, Bərdə, Lənkəran, Şirvan, […]

Info

Antalya Diplomatiya Forumu – Qlobal Dialoq və Regional Sülhün Güclü Platforması

2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutaraq qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Forumun əsas məqsədi müxtəlif ölkələrin siyasi liderlərini, diplomatlarını, ekspertlərini və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirərək qlobal və regional problemlərin açıq müzakirəsinə şərait yaratmaqdır. Bu sözləri 24INFO-ya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı […]

Info

Psixoloq Sübhanə Süleymanova: "Süni intellekt mühakimə etmədən cavab verir"

Süni intellekt artıq sadəcə texnologiya deyil — o, insanın daxili dünyasına toxunan yeni bir psixoloji mühitdir. İnsan danışılmaq və anlaşılmaq istəyir, süni intellekt isə mühakimə etmədən cavab verir. Bu, bir çox insanda emosional rahatlıq və təhlükəsizlik hissi yaradır. Amma burada incə bir risk də var: real münasibətlər səbir və empatiya tələb edir, süni intellekt isə […]