Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Nazirlər Kabineti “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nda dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və […]
Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. Asılılıq əmsalı — sosial sığorta haqqı ödəyən şəxslərin […]
“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət […]