Info

Onların dövlət məvacibi yeni qaydada müəyyənləşir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi yeni qaydada müəyyənləşir.

Edliyyeinfo.az  xəbər verir ki, bu barədə “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, onların məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitir və s.) ibarət olacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulan vəzifə maaşına əlavələrdən ibarət idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir