“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.
Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb.
Sənədə əsasən, 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.




