Edliyyeinfo.az: 10 may müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş Heydər Əliyev, sadəcə bir siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməlini qoyan mənəvi atadır.

O, Dahidir! O, Müdrikdir! O, Xilaskardır! O, Ulu Öndərdir!
Bu adları ona qazandıran onun Azərbaycanın tarixindəki əvəzsiz missiyasıdır.
Heydər Əliyev 1993-cü ildə ölkənin parçalanma təhlükəsi qarşısında olduğu bir dövrdə xalqın təkidi ilə qayıdaraq daxili sabitliyi bərpa etdi.
1994-cü ildə imzalanan “ Əsrin Müqaviləsi” ilə Azərbaycanın neft strategiyasının təməlini qoydu və ölkəni dünyanın iqtisadi xəritəsinə daxil etdi.
O, milli-mənəvi dəyərlərimizi dövlət siyasətinə çevirdi və “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ilə hər birimizin qürur mənbəyi oldu.
Azərbaycan müstəqilliyinin “əbədi və dönməz” olması üçün güclü ordu, stabil iqtisadiyyat və çevik xarici siyasət modelini yaratdı.
Onun möhkəm təməlini qoyduğu Azərbaycan – bu gün Zəfər qazanmış, ərazi bütövlüyünü tam bərpa etmiş güclü Azərbaycandır.
Ulu Öndərin zəngin siyasi irsi bu gün də Müstəqil Azərbaycanın inkişaf yoluna işıq salır.
Onun əziz xatirəsini dərin ehtiramla anırıq.
Ruhun hər zaman şad olsun, Dahi insan!
Şəhla İlkay




