Info Prezident

DTX rəisinin müavini general-leytenant oldu

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşa ali hərbi rütbələr verib.

Edliyyeinfo.az  xəbər verir ki, təltif olunanlar arasında DTX rəisinin müavini Həsən Mənsurov da var. O, general-leytenant hərbi rütbəsinə layiq görülüb.

Qeyd edək ki, Həsən Mənsurov 2024-cü ilə qədər DTX-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir