Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə […]
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən son dəyişikliklər müəllimlərin illik məzuniyyət hüququndan istifadə imkanlarını daha çevik hala gətirib. Yeni qaydaya əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər əmək məzuniyyətlərini yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də götürə biləcəklər. Edliyyeinfo.az xəbər verir ki, […]
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 […]