Ana Səhfə Info

Heydər Əliyevin İdarəçilik fəlsəfəsində dialoq və uzlaşma: Mediasiya prinsiplərinə baxış

Edliyyeinfo.az:  Azərbaycan tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri olan ulu öndər Heydər Əliyevin doğum günü təkcə onun siyasi fəaliyyətini xatırlamaq üçün deyil, həm də dövlət idarəçiliyinə gətirdiyi yanaşmaları yenidən dəyərləndirmək üçün əhəmiyyətli bir fürsətdir. Bu yanaşmalar arasında xüsusilə uzlaşma, dialoq və balans prinsipləri diqqət çəkir ki, bu da müasir dövrdə Mediasiya anlayışı ilə yaxından səsləşir.

Heydər Əliyevin fəaliyyət göstərdiyi dövrlər həm siyasi, həm də sosial baxımdan mürəkkəb mərhələlərə təsadüf edirdi. Xüsusilə 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və ictimai qarşıdurmalar mövcud idi. Belə bir şəraitdə onun əsas prioritetlərindən biri cəmiyyətdə sabitliyin təmin olunması və müxtəlif tərəflər arasında dialoqun qurulması idi. Bu baxımdan onun idarəçilik üslubu bir çox hallarda mediasiya prinsiplərinə uyğun olaraq tərəfləri qarşı-qarşıya qoymaqdan daha çox, onları ortaq məxrəcə gətirməyə yönəlmişdi.

Mediasiyanın əsas mahiyyəti mübahisələrin məhkəmədən kənar, qarşılıqlı razılaşma yolu ilə həll edilməsidir. Bu prinsip Heydər Əliyevin daxili və xarici siyasətində də özünü göstərirdi. O, müxtəlif siyasi qüvvələr, ictimai qruplar və beynəlxalq tərəfdaşlarla münasibətlərdə dialoq və qarşılıqlı anlaşmanı ön plana çəkirdi. Bu yanaşma xüsusilə dövlət quruculuğu prosesində mühüm rol oynayaraq cəmiyyət daxilində parçalanmanın qarşısını almağa kömək etmişdir.

Eyni zamanda, Heydər Əliyevin hüquqi islahatlara verdiyi önəm də mediasiya mühitinin formalaşmasına zəmin yaratmışdır. Hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi və vətəndaş hüquqlarının qorunması istiqamətində atılan addımlar sonrakı dövrlərdə alternativ mübahisə həlli mexanizmlərinin, o cümlədən mediasiyanın inkişafı üçün əsas olmuşdur.

Onun idarəçilik fəlsəfəsində kompromisə açıq olmaq, fərqli mövqeləri dinləmək və ortaq həll yolları tapmaq kimi xüsusiyyətlər müasir mediasiya prinsipləri ilə üst-üstə düşür. Bu isə göstərir ki, mediasiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda idarəetmə və liderlik mədəniyyətidir.

Heydər Əliyevin ildönümü onun siyasi irsini xatırlamaqla yanaşı, bu irsdə yer alan dialoq, uzlaşma və sabitlik kimi dəyərlərin bugünkü cəmiyyət üçün nə qədər актуal olduğunu bir daha göstərir. Mediasiya yanaşması bu dəyərlərin davamı kimi çıxış edir və müasir Azərbaycan cəmiyyətində daha səmərəli münasibətlərin qurulmasına xidmət edir.

Mediator Nərgiz Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir