Dünya televiziyasında yayımlanan “Hüququn Səsi” verilişində yetkinlik yaşına çatmayanlarla bağlı hüquqi və psixoloji məsələlər müzakirə edilib.
Hüquqşünas və mediator Zaur Quliyevin aparıcılığı ilə yayımlanan verilişin qonaqları vəkil Toğrul Rzayev və psixoloq Fərqanə Mehmanqızı olub.
Verilişdə yeniyetmələrin davranışına təsir edən psixoloji və sosial amillər müzakirə olunmaqla yanaşı, mövzunun hüquqi tərəfinə də xüsusi yer ayrılıb. Bu çərçivədə yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, onların törətdiyi əməllərə görə hüquqi məsuliyyət məsələləri və valideynlərin hüquqi öhdəlikləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar eyni zamanda ailə mühitinin rolu və uşaqların sağlam inkişafı üçün cəmiyyətin üzərinə düşən vəzifələr barədə də fikirlərini bölüşüblər.
Qeyd edək ki, verilişin informasiya dəstəyi Edliyyeinfo.az saytı tərəfindən həyata keçirilir.





