Info

Kooperasiya Universitetində müasir qiymətləndirmə standartları

Ali təhsil müəssisələrində imtahan sessiyaları tədris prosesinin ən mühüm mərhələlərindən biri hesab olunur. Məhz bu dövrdə tələbələrin il ərzində əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilir, təhsil müəssisəsinin akademik mühitinin səviyyəsi isə bir daha özünü göstərir. Bu baxımdan, Azərbaycan Kooperasiya Universitetində 2025–2026-cı tədris ilinin yay imtahan sessiyası yüksək təşkilatçılıq və şəffaflıq prinsipləri əsasında keçirilməsi ilə diqqət çəkib.Universitetin rektoru professor Eldar Quliyevin rəhbərliyi altında formalaşan idarəetmə sistemi son illərdə tədris və qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqi ilə seçilir. Yay imtahan sessiyası zamanı da bu yanaşmanın real nəticələri özünü göstərir.

İmtahanların keçirilməsi üçün yaradılan şərait, nəzarət mexanizmlərinin effektiv fəaliyyəti və tələbələrə bərabər imkanların təqdim olunması obyektiv qiymətləndirmənin təmin edilməsinə xidmət edib.Sessiya müddətində auditoriyalarda nizam-intizamın qorunmasına, akademik etik qaydalara riayət olunmasına və şəffaflığın təmin edilməsinə xüsusi diqqət yetirilib. Elektron nəzarət sistemlərinin tətbiqi imtahan prosesinin daha səmərəli təşkilinə şərait yaradır, mümkün subyektiv müdaxilələrin qarşısını almağa kömək edir. Bu isə tələbələr arasında etimad mühitinin formalaşmasına və nəticələrin etibarlılığının yüksəlməsinə səbəb olur.Təhlillər və apardığımız araşdırmalar göstərir ki, müasir ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri qiymətləndirmə prosesini yalnız formal prosedur kimi deyil, tədris keyfiyyətinin ölçülməsi və inkişaf etdirilməsi vasitəsi kimi təşkil etməkdir. Azərbaycan Kooperasiya Universitetində keçirilən yay sessiyası da məhz bu prinsipə uyğun şəkildə həyata keçirilir. Burada məqsəd təkcə tələbələrin biliyini yoxlamaq deyil, həm də tədris prosesində əldə olunan nəticələrin obyektiv şəkildə təhlil edilməsidir.Bu fikirlər yay imtahan sessiyası ilə bağlı tələbələr arasında apardığımız sorğuların cavabıdır. Sorğuda iştirak edən tələbələrin əksəriyyəti imtahanların şəffaf, obyektiv və ədalətli keçiriləcəyini bildirib. Respondentlər universitet rəhbərliyi tərəfindən yaradılan şəraitin və tətbiq olunan nəzarət mexanizmlərinin qiymətləndirmənin obyektivliyinə müsbət təsir göstərdiyini qeyd ediblər. Tələbələrin fikrincə, imtahan prosesində bərabər imkanların təmin olunması akademik mühitə olan etimadı daha da artırır.

Diqqət çəkən məqamlardan biri də universitetin nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecində qiymətləndirmə prosesinin eyni prinsiplər əsasında təşkil olunmasıdır. Kollecdə keçirilən imtahanlarda da obyektivlik və şəffaflıq əsas meyar kimi götürülüb, tələbələrin bilik səviyyəsinin ədalətli qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür.Mütəxəssislərin fikrincə, ali və orta ixtisas təhsil müəssisələrində şəffaf imtahan mühitinin yaradılması təhsilin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Azərbaycan Kooperasiya Universitetində və Kooperasiya Kollecində həyata keçirilən yanaşma bu baxımdan müsbət nümunə kimi qiymətləndirilə bilər.Nəticə etibarilə, 2025–2026-cı tədris ilinin yay imtahan sessiyası Azərbaycan Kooperasiya Universitetində yüksək təşkilatçılıq səviyyəsində davam edir.Professor Eldar Quliyevin rəhbərliyi ilə həyata keçirilən idarəetmə və nəzarət mexanizmləri imtahanların şəffaf, obyektiv və ədalətli keçirilməsinə şərait yaradır. Bu isə universitetin təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində apardığı fəaliyyətin mühüm göstəricilərindən biri kimi dəyərləndirilə bilər.

Jalə Asiman

Edliyyeinfo.az informasiya portalının rəhbəri

Azərbaycan Jurnalistlər Birlyinin üzvü

“Qızıl qələm sahibi” mükafatı lauriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir