Info

Həm bıçağı, həm elmi kəsərli cərrah: Dosent Səkinə Xudiyeva ilə gözəlliyin gizli kodları

Müasir dövrdə plastik və estetik cərrahiyyə sadəcə xarici görünüşü dəyişmək değil, həm də insanların özünəinamını bərpa edən, onlara yeni bir həyat bəxş edən çox incə bir sənətdir. Bu sənəti elmi biliklərlə və zəngin təcrübə ilə birləşdirən peşəkarlardan biri də plastik və rekonstruktiv cərrah, Tibb Üzrə Fəlsəfə Doktoru (TÜFD), Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Dr. Səkinə Xudiyevadır. Redaksiyamız tərəfindən aparılan geniş araşdırmalar və pasiyent rəylərinin təhlili birdaha sübut edir ki, Dr. Səkinə Xudiyeva öz sahəsində ən yüksək ixtisaslı, peşəkar mütəxəssislərdən biridir.

Onun reallaşdırdığı uğurlu əməliyyatlardan sonra tamamilə yeni və sağlam görünüş qazanan çoxsaylı pasiyentlər həkimin göstərdiyi xidmətdən, fərdi yanaşmasından və yüksək diqqətindən sonsuz razılıqlarını ifadə edirlər. Azərbaycan Tibb Universitetində aldığı fundamental təhsili uğurlu internatura və zəngin elmi fəaliyyətlə davam etdirən Səkinə xanım, uzun illərdir ki, həm elmi, həm də pedaqoji fəaliyyətlə məşğul olur, cərrahiyyə sahəsində gənc kadrların yetişməsində böyük rol oynayır. 2015-ci ildə elmi dərəcəsini alan və institutun dosenti vəzifəsinə layiq görülən həkimimiz, eyni zamanda klinikada rəhbər vəzifələrdə çalışaraq yüksək idarəçilik qabiliyyətini də sübut edib. Onun fəaliyyəti təkcə ölkə daxili ilə məhdudlaşmır; Almaniya, İsveçrə, Rusiya və Türkiyə kimi tibbin ən inkişaf etdiyi ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumların fəal iştirakçısı olan Dr. Xudiyeva, dünyadakı ən son estetik trendləri və tibbi yenilikləri ölkəmizdə uğurla tətbiq edir. Müəllifi olduğu 15 yerli, 2 xarici elmi məqalə və elmi kitab onun sahəsinə verdiyi töhfələrin bariz nümunəsidir. Pasiyentlərin bədən quruluşunu və üz cizgilərini tamamilə təbii, harmonik şəkildə formalaşdıran Səkinə xanım, mammoplastika, abdominoplastika, liposaksiya, blefaroplastika, eləcə də üz və buxaq gərmə kimi çox geniş spektrli mürəkkəb əməliyyatları yüksək dəqiqliklə icra edir. Onun icra etdiyi əməliyyatların əsas fəlsəfəsi pasiyentin fərdiliyini qorumaq və süni görüntüdən uzaq, ideal təbii nəticələr əldə etməkdir. Sosial şəbəkələrdə paylaşılan uğurlu nəticələr, pasiyentlərin məmnuniyyət dolu rəyləri və rəqəmsal platformalardakı yüksək maraq onun işinə olan sevgi və məsuliyyətinin aynasıdır.

Dosent Səkinə Xudiyevanı fərqləndirən ən böyük cəhət onun həm cərrah-praktik, həm də akademik savada malik bir alim olmasıdır. Tibb elminin dinamik inkişafını yaxından izləyən və öz əməliyyatlarında ən təhlükəsiz, müasir metodları tətbiq edən Dr. Xudiyeva, hər bir pasiyentinə fərdi yanaşaraq onların sağlamlığını və gözəlliyini əmin əllərə əmanət etmələrini təmin edir. Ölkəmizdə tibbin və estetik cərrahiyyənin inkişafında, eləcə də xanımlarımızın özünəinam hissinin bərpasında göstərdiyi xidmətlərə görə Dr. Səkinə Xudiyevaya işlərində və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Jalə Asiman

Edliyyeinfo.az informasiya portalının rəhbəri

Azərbaycan Jurnalistlər Birlyinin üzvü

“Qızıl qələm sahibi” mükafatı lauriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir