Info

Boşanma və Əmlak bölgüsü – ayrılıqdan sonra hüquq necə işləyir?

Boşanma — yalnız iki insanın ayrılığı deyil, hüquqi baxımdan əmlak, öhdəlik və bəzən övlad məsələlərinin də aydınlaşdırılması prosesidir. Cəmiyyətimizdə çox zaman hisslər ön planda olduğu üçün, insanlar boşanma zamanı hüquqi tərəfləri ya gec düşünür, ya da ümumiyyətlə nəzərə almırlar.

Boşanma hansı orqanla rəsmiləşdirilir?

Əgər ailədə ortaq övlad yoxdursa və hər iki tərəf boşanmağa razıdırsa, boşanma sadəcə ASAN xidmət və ya rayon qeydiyyat şöbəsində (ZAGS) rəsmiləşdirilə bilər. Lakin uşaqlı ailələrdə və ya tərəflərdən biri razı deyilsə, boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir.

Əmlak bölgüsü necə aparılır?

Ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə olunan əmlakın bölgüsüdür. Azərbaycan qanunvericiliyinə görə (Ailə Məcəlləsi, maddə 33), nikah dövründə əldə olunan əmlak ortaq mülkiyyət sayılır. Yəni:

Mənzil

Avtomobil

Gəlirlər (maaş, qazanc və s.)

Alınan qızıl-zinət əşyaları

Bank hesablarındakı vəsaitlər
… bu əmlaklar bərabər şəkildə bölünməlidir. Tərəflər öz aralarında razılaşa bilməzsə, bölgünü məhkəmə həyata keçirir.

Hansı əmlak bölünməyə daxil edilmir?

Aşağıdakılar bir şəxsin şəxsi mülkiyyəti sayılır və bölgüyə daxil edilmir:

Nikahdan əvvəl əldə edilmiş əmlak

Hədiyyə və ya irsən verilmiş əmlak

Şəxsi istifadəyə yararlı əşyalar (məsələn, geyim, şəxsi aksesuar və s.)

Uşağa alınmış əşyalar

Lakin bəzən ailə birliyində şəxsi əmlaklar da birlikdə istifadə olunur və bu, mübahisələrə səbəb olur. Bu zaman məhkəmə şəraitə və sübutlara əsasən qərar verir.

Övlad kimdə qalır?

Boşanma zamanı əsas mübahisə səbəbi övladın kiminlə qalmasıdır. Bu məsələ uşağın mənafeyi nəzərə alınmaqla məhkəmə tərəfindən həll olunur. Ana və ya ata — maddi, mənəvi və yaşayış şəraiti baxımından daha uyğun şəxs seçilir. Əksər hallarda uşaq anada qalır, lakin bu istisna deyil.

Qeyd:

Boşanma — hüquqi məsələdir, emosional həll yolları isə tezliklə yeni problemlər doğura bilər. Əgər tərəflər əvvəlcədən notarial razılaşmalar və ya əmlak müqaviləsi bağlayarsa, sonradan yaranacaq mübahisələrin sayı da azalar.

Edliyyeinfo.az olaraq məqsədimiz odur ki, insanlar yalnız boşananda deyil, ailə quranda da hüquqlarını bilsinlər.

Hazırladı: Jalə Asiman

Edliyyeinfo.az

 

2 Replies to “Boşanma və Əmlak bölgüsü – ayrılıqdan sonra hüquq necə işləyir?

  1. Salam JALƏ xanım məluçatlamdırçanıza görə çox çox Təşəkkür edirəm. Belə bir gözəl vaciblli bir xidmət göstərmınizə görə Sizə minnətdarlığlığımızı bildirir Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm

  2. Salam JALƏ xanım məluçatlamdırçanıza görə çox çox Təşəkkür edirəm. Belə bir gözəl vaciblli bir xidmət göstərmınizə görə Sizə minnətdarlığlığımızı bildirir Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm

Elnur Cəbiyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir