Info

İpoteka ilə alınan ev – kim sahibi sayılır?

Edliyyeinfo.az: İpoteka ilə ev alan bir çox insan düşünür ki, kredit bitməyənə qədər mənzil bankın mülkiyyətindədir. Əslində isə ipoteka ilə alınmış mənzilin çıxarışı borcalanın adına rəsmiləşir və bu şəxs hüquqi baxımdan evin sahibi sayılır. Lakin burada mülkiyyət hüququ ilə yanaşı, girov məhdudiyyəti də mövcuddur.

İpoteka nədir?

İpoteka – borcalanın (alıcı) aldığı kreditin təminatı kimi aldığı mənzili banka girov qoyması deməkdir. Əgər borc ödənilməzsə, bank bu əmlakı satışa çıxararaq borcunu çıxarmaq hüququna malikdir.

Hüquqi əsas: “İpoteka haqqında” Qanun, maddə 3 və 5

Mənzil kimə məxsusdur?

İpoteka ilə alınan mənzil borcalanın adına qeydiyyata alınır. Yəni çıxarış (kupça) alıcının adınadır – mülkiyyət hüququ var. Ancaq çıxarışda qeyd olunur ki, mənzil girovla yüklənmişdir.
Mülki Məcəllə, maddə 143.1 və 268.1

Nələrə icazə yoxdur?

Ev sahibi borcu ödəmədən:

Mənzili sata bilməz;

Bağışlaya, deyib dəyişdirə bilməz;

Miras qoymaq hüququ məhduddur;

Qeydiyyatdan çıxarma və ya qeydiyyat kimi sadə əməliyyatlar belə bankın razılığı olmadan mümkün olmaya bilər.
“İpoteka haqqında” Qanun, maddə 39 və 41

Ailə üzvlərinin hüquqları varmı?

Əgər ipoteka ilə alınan mənzil nikah dövründə və ortaq gəlirlə ödənilibsə, bu halda o, ailə əmlakı hesab oluna bilər.
Ailə Məcəlləsi, maddə 32
Mülki Məcəllə, maddə 218 və 224

Boşanma zamanı bu ev necə bölünür?

– Əgər ev nikah dövründə alınıbsa, məhkəmə bunu ümumi ailə mülkiyyəti kimi qiymətləndirə bilər.
– Kreditin kim tərəfindən ödənildiyi, tərəflərin gəlir payı və uşaqların vəziyyəti nəzərə alınır.
– Tərəflərdən biri borcu tam üzərinə götürüb evə sahib ola bilər, ya da ev satılıb borc bağlanır və qalıq məbləğ bölünür.
Ailə Məcəlləsi, maddə 38
İpoteka haqqında Qanun, maddə 40

Borc ödənilməzsə…

– Bankın əsas hüququ: məhkəmə və ya notariat icra qaydasında mənzili satışa çıxarmaq
– Borc bağlanmırsa, borcalan evdən məcburi çıxarıla bilər
– Satışdan əldə olunan vəsaitlə borc ödənir, əgər artıq pul qalarsa borcalana qaytarılır
İcra haqqında Qanun, maddə 66
İpoteka haqqında Qanun, maddə 47

İpoteka ilə alınan evin hüquqi sahibi sən olursan, lakin bu mülkiyyət tam sərbəst deyildir. Bankın girov hüququ olduğuna görə, sən yalnız borc tam bağlandıqdan sonra ev üzərində tam hüquqlu sahib ola bilirsən. Əgər ev ailə dövründə alınıbsa, boşanma, miras və digər hallarda onun hüquqi statusu xüsusi araşdırma tələb edir.

Hazırladı: Tural Kəlbəcərli

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir