Ədliyyə Info

Ədliyyə naziri Fərid Əhmədov Qubada qəbul keçirəcək

Edliyyeinfo.az” xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 18 iyul 2025-ci il tarixində Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən Xızı rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 iyul tarixinədək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu:(+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
harita ve yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir