Info Parlament

Daxili Qoşunların hərbçilərinə ev verilməsi təklif olunur

“Azərbaycan Ordusunun hərbi qulluqçularına hərbi xidməti başa vurduqdan sonra mənzillər verilir. Daxili Qoşunlarda xidmət edənlərə bu imtiyazlar verilmir. Onlar da müharibə olarsa, vətəni müdafiə edirlər”.

Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, onalara müəyyən vəsait də ayrıla bilər ki, istədikləri yerdən mənzil ala bilsinlər: “Hazırda ordu üçün evlər tikilir. Bəlkə həmin hərbçi orada yox, validyenlərə yaxın ərazidə yaşamaq istəyir. Yaxşı olardı ki, bu məsələ Daxili Qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir