Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Hüseynov Ramil Arif oğlu – mayor “Hərbi xidmətlərə görə” medalı ilə Mövlayev Samir Yaqub oğlu – […]
Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli […]
Edliyyeinfo.az hüquqi maarifləndirməni davam etdirir. Bu yazıda vərəsəlik hüququ və mülkiyyətə dair ən çox verilən suallardan birinə cavab veririk. Vərəsəlik hüququ nədir və necə əldə olunur? Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1143-cü maddəsinə əsasən, vəfat etmiş şəxsin əmlakı onun vərəsələrinə keçir. Bu, qanunla və ya vəsiyyətlə baş verir. Lakin mirasa sahib çıxmaq üçün sadəcə qohum olmaq […]