Info Prezident

Bu binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.

Edliyyeinfo.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir