Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Edliyyeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 […]
Prezident İlham Əliyev İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı sənəd bu il mayın 22-də Əlcəzairdə imzalanıb. Sənəddə Azərbaycan hökumətini İqtisadiyyat Nazirliyi təmsil edib. Baxış Sayı: 359
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Edliyyeinfo.az xəbər verir ki, “Nun” MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə […]