Info

Vətəndaşlar liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər

“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”.

Edliyyeinfo.az  xəbər verir ki, bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: “Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir