Info Prezident

Prezident AMİP sədrinin oğluna vəzifə verdi – FOTO

Edliyyeinfo.az:  Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib. Onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.
O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.
Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib  hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.  Deputatın 3 övladı var. (oxu24)
Fotoda Arzuxan Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir