Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı – Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Edliyyeinfo.az xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub. […]
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul ştatında Nyukasl xəstəliyi, Argentina Respublikasının Buenos Ayres əyalətində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bu barədə AQTA-dan məlumat verilib. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə […]
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa […]