Ədliyyə Info

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Edliyyeinfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.

Məlumatına görə isə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.

Qeyd edək ki, rəis təyin olunan A.Qocayev sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun bacısı oğludur./unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir