Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, O.Nəzərli 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.



