Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, […]
Parlament
Bu avtomobillərin satışı ƏDV-dən azad edilir
Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci […]
Media subyektlərinin gəlir vergisindən azadolma müddəti artırılır
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq […]
Bu sahibkarlara vergilərdən 50% güzəşt edilməsi təklif olunur
“Hesab edirəm ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır. Mən təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan, və yaxud, əmək haqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun”. Edliyyeinfo.az xəbər verir ki, […]
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək. Məlumat üçün […]
Gələn ilin yaşayış minimumunun məbləği 285 manat olacaq
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün […]
Ehtiyac meyarı 300 manat oldu
Azərbaycan Respublikasında 2026-cı il üzrə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 300 manat səviyyəsində müəyyən edilməsi nəzərdə tutulub. Edliyyeinfo.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. […]
Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR
Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 % və 50,4% olmaqla Beynəlxalq Əmək təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək. Edliyyeinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, […]
Azərbaycanda bu fondun adının dəyişdirilməsi təklif olunur
“İşsizlikdən Sığorta Fondunun adını dəyişib Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandıraq. Fondun xərclərinin əhəmiyyətli hissəsi sosial proqramların maliyyələşdirilməsi və məşğulluğun təminatı üçün istifadə olunursa, fondun adında məşğulluq sözününn olması məqsədəuyğundur”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi […]
“Azərbaycan Nəşriyyatı”na pul ayrılmayacaq
Gələn il dövlət büdcəsində “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün vəsait nəzərdə tutulmayıb. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, 2024-cü ildə 2 352 890 manat icra edilib, 2025-ci ildə […]










