“Bizə daxil olan müraciətlərə uyğun olaraq bir sıra məsələləri təqdim etmək istərdim. Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır”. Bunu Milli Məclisin bu […]
Parlament
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
“Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb (2025- 4.4 mlrd.manat). 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də […]
Bu ölkələr Azərbaycanda səfirlik açır
Estoniya və Somali Azərbaycanda səfirlik açır. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb.
Laçının bəzi kəndləri birləşdiriləcək
Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.
Xüsusi icra məmurları ilə bağlı cərimələr müəyyənləşir
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 528-3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, xüsusi icra məmurları haqqında” qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının […]
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 523-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya […]
Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Edliyyeinfo.az xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub. […]
Sahibə Qafarova pakistanlı həmkarı ilə danışdı
Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Milli Məclisdən verilən məlumata görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və […]
Prokurorlara yeni səlahiyyət verilir
Prokurorlara yeni səlahiyyət verilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI
Parlament avtomobillə ölkədaxili sifarişli sərnişin və yük daşımalarına icazənin alınması üçün sürücülərdən tələb olunacaq sənədlərin siyahısının genişləndirilməsini qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub. Bildirilib ki, sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan […]










