Info Parlament

“Kompüter sistemi” ifadəsi LƏĞV EDİLDİ

Milli Məclis Cinayət və Cinayət-Prosessual Məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişiklikləri qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Məlumat verilib ki, hazırkı qanun layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də […]

Info Parlament

Bu yerlərdə elektron siqaret çəkənlər CƏRİMLƏNƏCƏK

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Edliyyeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 […]

Info Parlament

Elektron siqaret satanlar CƏRİMƏ EDİLƏCƏK

Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri qəbul edib.  Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Sənəddə vurğulanıb ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə […]

Info Parlament

Bu qanundan “hərbi komissarlıq” sözü ÇIXARILDI

Milli Məclis Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvini qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Əmək və Cəzaların İcrası Məcəllələrində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri […]

Info Parlament

Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi - Fərman

Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib. Şuranın üzvləri isə aşağıdakılardır: Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan […]

Info Parlament

Bu sahədə layihələrə qrant veriləcək

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına […]

Info Parlament

Sosial sığorta sistemində uçot yeni qayda ilə aparılacaq

Azərbaycanda sosial sığorta sistemində uçot yalnız FİN ilə aparılacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikdə əksini tapıb. Layihədə qeyd olunur ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə […]

Info Parlament

Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək

Bir sıra təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində […]

Info Parlament

İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir. Edliyyeinfo.az   xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Eyni zamanda Bakı şəhərində ictimai […]

Info Parlament

Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlər, travma və yaralanma nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif olunur. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının […]