Info Prezident

Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq

Azərbaycanda “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də dəyişiklik olacaq. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun […]

Info Prezident

Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi

Dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Patent haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Eyni zamanda beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, […]

Info

Azərbaycanın Mərakeş və Suriya ilə imzaladığı sazişlər təsdiqləndi

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının digər Fərmanı ilə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil […]

Info Prezident

Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə […]

Info MƏHKƏMƏ

Anasını qab yuduğu yerdə, bu sözlərinə görə öldürüb - Dəhşətli qətlin təfərrüatı

Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Edliyyeinfo.az–ın məlumatına görə, anasını küt alətlə qətlə yetirən Anar Allahverdiyevin psixoloji problemləri olub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə vaxtı evdə Anar Allahverdiyev ilə  anası Çiçək Sərdarova ikisi olub. Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin bitirib.O işə qəbul olmaq üçün bir neçə dəfə imtahan verib. Lakin bütün imtahanlardan kəsilib. Yaxınları onu […]

Info Secme Xeberler

31 Mart: Baharla gələn qara gün

Mart ayı adətən baharın başlanğıcı kimi xatırlanır. Hava yavaş-yavaş isinməyə başlayır, ağaclar tumurcuqlayır, şəhərin üzünə bir az işıq gəlir. Amma Azərbaycan tarixində martın başqa bir üzü də var. O üz soyuqdur, qaranlıqdır, qan və od qoxusu ilə yadda qalıb. Ona görə 31 Mart bizdə sadəcə təqvimdəki bir gün deyil. Bu tarix yaddaşda ağrı kimi yaşayır. […]

Info Prezident

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir. Rasim Balayev […]

Info SUAL-CAVAB

Sual-cavab: Onlayn alış-verişdə hüquqlarınızı necə qoruyasınız?

Sual: Onlayn alış-veriş edərkən hüquqlarımı necə qoruya bilərəm? Cavab: Onlayn alış-veriş zamanı istehlakçı kimi hüquqlarınızı qorumaq üçün bir neçə vacib məqama diqqət etməlisiniz. İlk növbədə, alış-veriş etdiyiniz saytın və ya satıcının etibarlı olmasına əmin olun. Rəsmi səhifələrə, rəylərə və əlaqə məlumatlarının mövcudluğuna diqqət yetirin. Məhsul sifariş edərkən onun təsviri, qiyməti və çatdırılma şərtlərini diqqətlə oxuyun. […]

Info SUAL-CAVAB

Kirayə evdə hüquqlarınız nələrdir?

Edliyyeinfo.az:  Kirayə mənzildə yaşadığınız zaman yalnız öhdəlikləriniz deyil, eyni zamanda qanunla qorunan bir sıra hüquqlarınız da var. Bu hüquqları bilmək sizi mümkün mübahisələrdən qoruyur. İlk olaraq, kirayəçi yaşadığı evdən sabit və təhlükəsiz istifadə etmək hüququna malikdir. Ev sahibi əsassız şəkildə sizi evdən çıxara bilməz və müqavilə şərtlərinə riayət etməlidir. Kirayəçi həmçinin mənzildə rahat yaşamaq hüququna […]