Info Parlament

Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi

Milli Məclis MDB ilə bağlı Əsasnaməyə dəyişikliyi təsdiq edib.  Edliyyeinfo.az  xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Info Parlament

Bu şəxslərin ilkin hərbi xidmət müddəti 6 ay olacaq

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlanma müddətinin 3 ildən 6 ayadək azaldılacaq. Edliyyeinfo.az   xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan “Hərbi vəzifə və […]

Info Prezident Sənədlər

Prezident 2 Fərman İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Edliyyeinfo.az fərmanın mətnini təqdim edir: 1. […]

Info Parlament

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin […]

Info Prezident

Yeni cərimələr təsdiqləndi

Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli […]

Info MƏHKƏMƏ

Ərinin qətlini sifariş verən qadının məhkəməsi başlayıb

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib. Xatırladaq ki, Bakı […]

Info MƏHKƏMƏ

Əhməd Məmmədli 6 il azadlıqdan məhrum edildi

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən 6 il azadlıqdan məhrum edilib. Qeyd […]

Info

Hüquqi risklərdən uzaq, dayanıqlı biznes necə qurulur? — Tofiq Hacıyev ilə müsahibə

Azərbaycanda biznes qurmaq və onu uzunmüddətli, təhlükəsiz şəkildə inkişaf etdirmək üçün hüquqi və maliyyə məsələlərinin düzgün idarə olunması mühüm əhəmiyyət daşıyır. Vergi sistemi, mühasibatlıq, kadr sənədləşməsi və korporativ hüquq kimi sahələrdə buraxılan kiçik səhvlər belə sahibkarlar üçün ciddi problemlər yarada bilər. Bu mövzuda daha ətraflı danışmaq üçün Tofiq Hacıyev, yəni Unilegal Consulting şirkətinin təsisçisi və […]

Info

Azərbaycanda bu halda valideynlər daha tez pensiyaya çıxa bilər

Martın 13-də parlamentdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirdi ki, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Vitse-spiker demoqrafik məsələlərə diqqətin […]

Info

Məzuniyyət vaxtı üçün əməkhaqqı belə hesablanır

İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş […]